Logo

Anadolu Universiteti ilə UNEC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

20.10.2022 20:21 276 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin Anadolu Universiteti arasında “Erasmus+” mübadilə proqramına əsaslanan müqavilə imzalanıb.

UNEC-dən bildirilib ki, tərəflər arasında əldə olunan razılığa əsasən, İqtisad Universitetinin 20 tələbə və 16 müəlliminin Anadolu Universitetində 2022/2027-ci illərdə mübadilədə iştirak etməsi nəzərdə tutulub.

Proqram çərçivəsində ilk olaraq tələbələrin təcrübə mübadiləsi həyata keçiriləcək. Müsabiqədən uğurla keçən tələbələr Anadolu Universitetində müxtəlif strukturlarda təqaüdlü təcrübədə iştirak edəcəklər.

Xəbər lenti