Logo

TKTA Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinə tamhüquqlu üzv seçilib

20.10.2022 19:59 265 baxış
IMG

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) 20 oktyabr 2022-ci il tarixli qərarı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) təşkilatın tamhüquqlu üzvü seçilib.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.

Bildirilib ki, mərkəzi ofisi İspaniyanın Barselona şəhərində yerləşən INQAAHE ali təhsildə keyfiyyət təminatı üzrə fəaliyyət göstərən nüfuzlu agentlik və qurumları özündə birləşdirən dünya miqyaslı təşkilatdır.

Təhsildə həm daxili, həm də xarici keyfiyyət təminatı üçün geniş imkanlar təqdim edən INQAAHE-yə tamhüquqlu üzvlük ölkənin ali təhsil sahəsində effektiv keyfiyyət təminatı sisteminin təşkili, təşkilata digər üzv agentliklərlə təcrübə mübadiləsi, eləcə də dünya miqyaslı konfrans və tədbirlərdə iştirak imkanları yaradacaqdır.

Onu da qeyd etmək lazımdır ki, TKTA bu günə kimi Mərkəzi və Şərqi Avropa ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsi (CEENQA) və Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyası (TAICEP) kimi beynəlxalq təşkilatların tamhüquqlu, Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyanın (ENQA) isə qoşulmuş üzvüdür.

Xəbər lenti