Əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından (telefon, planşet və s. elektron cihazları) istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanmasını təşkil etməlidir.
Tehsil.biz xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda öz əksini tapıb.
Qeyd olunub ki, əgər valideyn-qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə, o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.