Azərbaycan-Fransız Universitetinin (UFAZ) Geofizika mühəndisliyi ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri geoloji sahə təcrübəsinə başlayıblar.
Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.
Sahə təcrübəsi Pirəkəşkül seksiyasından başlayıb.
Sonra tələbələr Bakı ətrafından Xızı istiqamətinə səfər edəcək və təcrübə işləri aparacaqlar. Sahə təcrübəsinin məqsədi əldə olunmuş nəzəri biliklərin müxtəlif alətlərdən istifadə edərək praktik tətbiqini həyata keçirməkdir. Təcrübə prosesinə Strasburq Universitetinin professoru Quentin Boesch, UFAZ-ın Yer elmləri proqranlarının koordinatorları Nigar Kərimova və Clara Jodry rəhbərlik edirlər.
Tələbələr süxurların növlərini fərqləndirməyi, çöküntü fiqurlarını və geoloji strukturları müəyyən etməyi öyrənəcəklər. Bu iş georesursların necə yarandığını və harada tapıla biləcəyini başa düşmək üçün vacibdir.