Logo

BANM-in tələbələri “Bahar” palçıq vulkanında olublar

20.10.2022 01:18 516 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) “Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti” (SEG BHOS) “Bahar” palçıq vulkanına ekskursiya təşkil edib.

Tehsil.biz xəbər verir ki, gəzintidə geologiya ixtisası ilə əlaqəli olan müxtəlif universitetlərdən 22 tələbə iştirak edib.

Ekskursiyaya BANM-in dosenti Qəşəm Zeynalov rəhbərlik edib. O, palçıq vulkanları, onların növləri, yaranma səbəbləri, yeraltı proseslər mövzusunda ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti