Logo

ADPU tələbələri Xalq Təhsili Muzeyinə ekskursiya ediblər

19.10.2022 19:16 435 baxış
IMG

Oktyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrin Xalq Təhsili Muzeyinə ekskursiyası təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.

Ekskursiya zamanı tələbələr muzeyin ekspozisiyasında müxtəlif dövrlərdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini əks etdirən zəngin materiallarla tanış olmuşlar.

Xəbər lenti