“Bakalavriatda köçürmələr gedir, boşluqları biz görürük".
"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
O bildirib ki, yeni qaydalar hazırlananda bunlar aradan qalxacaq:
"Əslində bu günə kimi magistraturada köçürmə yox idi. İlk dəfədir ki, biz qaydalara bu bəndi salmışıq. Amma magistrin mövzusu ilk 3 ayda müəyyən olunur, onun elmi rəhbəri müəyyənləşir. Yəni biz onu qışda da köçürsək, problem yaranır. Digər tərəfdən, tələbələr köçürülür, amma geri qayıdır. Elə tələbə var ki, 4 dəfə köçürülür. Bu, qaydalarla tənzimlənməlidir”.
"“Doktorantura ilə bağlı problemlərlə əlaqədar bizə də müraciətlər çox olur. Dünyada distant doktorantura yoxdur. Ona görə də köçürmələrlə bağlı qaydaları hazırlayarkən komitə ilə də məsləhətləşməliyik, bəzi qanunlara və qaydalara dəyişiklik etməliyik”, - nazirliyin Aparat rəhbərinin müavini bildirib.