“Yaxşı davranışına görə fərqlənən şagirdlərə “yaşıl kart” veriləcək”.
Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, "Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” layihəsində şagird davranış qaydaları ilk növbədə neqativ assosiasiya yarada bilər:
"Ona görə də biz bir bölməni şagirdlərin müsbət qiymətləndirilməsi qaydasına ayırdıq. Şagird davranış qaydalarını pozduqda həm şəxsi işinə, həm evə göndərilməklə sarı, narıncı, qırmızı məktub müəyyənləşib. Yaxşı fərqlənən şagirdlərin şəxsi işinə isə “yaşıl kart”lar tikiləcək.