Logo

Şagirdlərin bu hərəkətləri birinci dərəcəli davranış pozuntusudur - AÇIQLAMA

19.10.2022 12:20 689 baxış
IMG

"Çox yüngül davranış qaydalarının pozulması daha ağır davranış pozuntusuna gətirib çıxarır”.

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, şagirdin dərsə gecikməsi, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranış birinci dərəcəli davranış pozuntusudur:

"Yüngül səviyyə olsa belə, çoxlu sayda təkrar olunursa, məsələn, şagird təkrar-təkrar dərsə gecikirsə, bu pozuntu artıq növbəti dərəcəyə keçir. Təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri göstərib ki, yeni qaydaların hazırlanmasına ehtiyac var. Təhsil mütəxəssisləri, məktəb direktorları, xarici ekspertlər cəlb olunmaqla, həmçinin xarici təcrübə araşdırılmaqla “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” layihəsi hazırlanıb. Həmin layihədə 6 bölmə ayrılıb. Davamiyyət, punktuallıq, şagird təhlükəsizliyi, öyrənmə prosesində qaydalar, etik davranış və s. bölmələr bura aiddir".

Xəbər lenti