“Təhsil Nazirliyinin Kollegiyasının təhsilhaqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var. Amma Ali təhsil müəssisələrinin çoxu tələb edir ki, təhsilhaqqı birdəfəyə ödənilsin”.
"Tehsil.biz"in məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib.
"Bu, universitetlərin rəhbərliyindən asılı olan məsələdir", - deyə Y.Piriyev qeyd edib.