Logo

Zahid Oruc: "Gələcək ixtisas axtarışları texniki peşə təhsili müəssisələrin sayının azlığı ilə qarşılaşır"

19.10.2022 10:47 323 baxış
IMG

"Orta məktəbi başa vuran məzunların 66 faizi hər hansı ali və peşə təhsili olmadan cəmiyyətə atılır".

"Tehsil.biz" in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" ictimai rəy sorğusunun nəticələrinə həsr edilən konfransda bildirib.

Onun sözlərinə görə, peşə seçimi dövründə uşaqların gələcək ixtisas axtarışları texniki peşə təhsili müəssisələrin sayının azlığı ilə qarşılaşır:

"Mərkəzin hazırkı tədqiqatı isə uşaq və yeniyetmələrin sosial-mədəni və yaradıcı inkişafı üçün asudə vaxtın təşkili, texnoloji vasitələrin bütün həyat sahələrinə sirayət etməsi, xüsusilə uşaqlar üçün yeni münasibət növləri və tələbatları yaratması, ailə institutunun hər bir fərdin həm fiziki, həm də mənəvi cəhətdən formalaşmasında müstəsna yerinin təsdiqlənməsi, onlayn tədrisə keçidin uşaqlara üstünlüklərlə yanaşı, müxtəlif problemlər gətirməsi, uşaqların əmək vərdişləri, yaxud qanunsuz əməyə cəlbi və məktəbəqədər təhsil və digər məsələlər tədqiqatın predmeti olub. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib. Peşə seçimi dövründə uşaqların gələcək ixtisas axtarışları texniki peşə təhsili müəssisələrin sayının azlığı ilə qarşılaşır. Belə ki, orta məktəbi başa vuran məzunların 66 faizi hər hansı ali və peşə təhsili olmadan cəmiyyətə atılır".

Xəbər lenti