Logo

AzTU-nun Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

18.10.2022 19:41 470 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasda AzTU-da təhsil və tədrisin idarə edilməsi istiqamətində hazırlanan bir sıra rəqəmsal həllər, həmçinin universitetin yenilənmiş saytı şura üzvlərinə təqdim olunub.

AzTU-da texnoparkın yaradılması və universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi ilə bağlı məsələlər də şura üzvləri tərəfindən müzakirə olunub.  

Rektor Vilayət Vəliyev AzTU-nun bu istiqamətdə əməkdaşlıq etdiyi xarici universitetlər və şirkətlər barədə məlumat verib. 

İclasda universitet-sənaye işbirliyinin inkişafında ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərlə bağlı müzakirələr aparılıb və təkliflər verilib.

Xəbər lenti