Logo

Prezidentin İcraçı direktor təyin etdiyi xanım kimdir? - DOSYE

18.10.2022 16:47 665 baxış
IMG

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib.

"Tehsil.biz"in məlumatına görə, Mehriban İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Bakı şəhəri 236 saylı orta məktəbdə oxuyub və oranı bitirib.

1995-ci ildə Baki Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olub və 1999-cu ildə oranı bitirib. 1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirib. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb.

2010-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında tam ştat müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-cı ildən isə dosent vəzifəsində çalışır.

Mehriban Natiq qızı İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Xəbər lenti