Logo

Bu yeniliklər gələn il qəbul imtahanlarında nəzərə alınmayacaq

18.10.2022 16:05 472 baxış
IMG

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən xəbərə görə, gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 10-cu sinif dərsliyinin son 3 bölməsinin təhlili olub. Dərslikdəki yeniliklər, dəyişikliklər təhlil edilib.

Bununla da dərsliyin müzakirəsi başa çatıb.

2023-cü ildə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında dərslikdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliyin əvvəlki illərdə çap olunmuş nəşrini istifadə ediblər.

Növbəti iclasda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı proqramları müzakirə ediləcək.

Xəbər lenti