Logo

“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin rayon mərhələsi yekunlaşıb

18.10.2022 14:45 535 baxış
IMG

“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin rayon (şəhər) mərhələsi yekunlaşıb.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, 2 min 736 şagirdin iştirak etdiyi müsabiqənin rayon (şəhər) mərhələsində uğur qazanmış təhsilalanlar ölkə mərhələsində iştiraka dəvət ediləcəklər. Məktəblilər müsabiqənin nəticəsi ilə bağlı portal.edu.az platforması və SMS vasitəsilə məlumatlandırılacaqlar. Müsabiqənin ölkə mərhələsi yaxın günlərdə Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, inşa müsabiqəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq Sərəncamından irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Xəbər lenti