Logo

BDU-nun tələbələri arasında “Zəfər dastanı” mövzusunda esse müsabiqəsi keçirilir

18.10.2022 11:40 449 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfər dastanı” mövzusunda esse müsabiqəsi elan edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4, Arial qarnituru, şriftin ölçüsü 12 pt və interval 1,5) olmalıdır.

Esselər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə noyabrın 3-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər təltif ediləcəklər.

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində yer alacaq.

Əlavə məlumat üçün: (+994 50) 408 84 89

e-mail: [email protected]

Xəbər lenti