Logo

Bakıda məktəb həyətində HADİSƏ: 34 yaşlı kişi bıçaqlandı

18.10.2022 11:21 610 baxış
IMG

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Tehsil.biz"in "Qafqazinfo"ya istinadən məlumatına görə, oktyabrın 16-na keçən gecə saat 02:00 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 286 saylı orta məktəbin həyətində 34 yaşlı Mətləb Aslanov bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.

M.Aslanovun gecə saat 2-də məktəbin həyətinə niyə getməsi, kimlə münaqişə etməsi və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti