Logo

BDU-nun Filologiya fakültəsinin əməkdaşları Beynəlxalq Türk Dünyası Simpoziumunda - FOTO

18.10.2022 01:40 393 baxış
IMG

9-12 oktyabr 2022-ci il tarixlərində Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın himayəsi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ərzincan valiliyi və Ərzincan bələdiyyəsinin təşkilatçılığı ilə Ərzincan Binəli Yıldırım Universitetində Beynəlxalq Türk Dünyası Simpoziumu keçirilib.   

Tehsil.biz xəbər verir ki, simpoziumun açılışında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdat Amreyev, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycan Respublikasının sabiq Baş naziri Həsən Həsənov, qardaş ölkələrdən dövlət xadimləri, elm adamları, ziyalılar və ekspertlər iştirak ediblər.

Açılış iclasında Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın simpozium iştirakçılarına göndərdiyi təbrik məktubu oxunub.

Simpozium çərçivəsində üç gün davam edən elmi sessiyalarda dil, tarix, mədəniyyət, incəsənət, təhsil, energetika, diaspora, ticarət, coğrafiya, sosiologiya, folklor, elm, mədəniyyət və s. sahələrdə ixtisaslı alimlər iştirak ediblər.

Beynəlxalq tədbirə Azərbaycandan böyük nümayəndə heyəti qatılıb. Bölmə iclaslarında BDU-nun Filologiya fakültəsindən Türkologiya kafedrasının müdiri professor Ramiz Əskər “Türk dilində “Xəmsə” janrı”,  Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı “Ə.Cəfəroğlunun türkoloji araşdırmalarında klassik irs problemi” mövzularında məruzələrlə çıxış ediblər.

Simpozium çərçivəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu “Türk xalqlarının ədəbiyyatlarının tədrisində ortaq konspirasiyanın müəyyənləşdirilməsi” mövzusunda elmi konfrans keçirib.

Xəbər lenti