Logo

Paytaxt məktəbində gender mövzusunda seminar keçirilib - FOTO

17.10.2022 17:07 290 baxış
IMG

Paytaxtdakı 130 nömrəli tam orta məktəbdə gender mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminar Gəncə Regional Qadın Mərkəzi tərəfindən ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsinə əsasən təşkil edilib. Layihənin məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik və təşəbbüskar yeni nəslin yetişdirilməsinə tövhə verməkdən ibarətdir.

Seminarda VIII-IX siniflərində təhsil alan 70 qız və oğlan iştirak edib. Şagirdlərə gender biliklərini artırmaq məqsədilə ətraflı məlumat verilib, onlara təhsilin davamlılığının üstün cəhətləri izah edilib.

Seminar çərçivəsində valideyn və müəllimlərlə də görüşlər keçirilib. Görüşlərdə müəllim-şagird-valideyn münasibətləri, icma ilə iş, təhsil göstəriciləri, qızların davamlı təhsilinə dair müzakirələr aparılıb.

Xəbər lenti