Logo

Mediasiya Şurası BDU-nun Sosial iş ixtisasında təhsil alan tələbələri üçün mühazirə təşkil edib

17.10.2022 16:55 270 baxış
IMG

Mediasiya Şurasının yüksəkixtisaslı mütəxəssisləri ali təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi, təhsil və təcrübənin sıx inteqrasiyasının təmin edilməsi məqsədilə Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasında təhsil alan tələbələri üçün mühazirə təşkil edib.

Tehsil.biz xəbər verir ki, mühazirədə tələbələrin gələcək sosial işçilər kimi Mediasiya Şurasına verə biləcəyi töhfələrdən bəhs edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə Mediasiya Şurasında könüllü kimi çalışan tələbələrə sertifikatlar təqdim edilib və növbəti könüllülük proqramına tələbə qəbulu elan olunub.

Xəbər lenti