Logo

ADPU-da teleaparıcı Jalə Həsənli ilə görüş keçirilib

17.10.2022 16:43 283 baxış
IMG

Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsi və SABAH qruplarının Tələbə Gənclər Təşkilatları (TGT), o cümlədən Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Tarixi anlar medianın gözü ilə” adlı görüş keçirilib. 

Tehsil.biz xəbər verir ki, görüşün qonağı olan tanınmış teleaparıcı Jalə Həsənli 44 günlük Vətən müharibəsi dövründə qələbə xəbərinin ilk carçısı olaraq  keçirdiyi hiss və duyğuları, həmin günlərlə bağlı fikirlərini tələbələrlə bölüşüb. 

Sonda Jalə Həsənli aparıcılıq və media fəalliyyəti ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, görüş maraqlı diskussiya ilə davam etdirilib.

Xəbər lenti