Logo

BDU-nun “Gənc istedadlar” liseyində intellektual yarış keçirilib

17.10.2022 16:31 290 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) könüllüləri və BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin birgə təşkilatçılığı ilə liseyin VI sinif şagirdləri arasında Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, intellektual oyun 6 mövzu və hər mövzu üzrə 5 sual olmaqla təşkil edilib.

Şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xidmət edən oyunda 3 komanda iştirak edib. Oyunun qalibi “Qarabağ" komandası olub. Yarışın sonunda qalib komanda üzvləri sertifikatlarla təltif ediliblər.

Xəbər lenti