Logo

BMU-da Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş tədbir keçirilib

17.10.2022 15:11 280 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin Mühəndislik fakültəsi və kafedraların rəhbər heyəti, müəllimlər, müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin iştirakı ilə keçirilən tədbirdə Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri, professor Ramiz Hümbətov çıxış edib. Kafedra müdiri elmi fəaliyyətin cəmiyyətin həyatı və iqtisadiyyatın inkişafında rolu, universitetdə tədrislə elmi fəaliyyətin vəhdətinin təmin olunmasının vacibliyi, elmi fəaliyyətə cəlb olunan tələbələrin peşə və ixtisas fənlərinin mənimsənilməsində əldə etdiyi üstünlüklər və s. haqda danışıb.

Çıxış zamanı fakültədə TEC-in fəaliyyətinin canlandırılmasına istiqamətlənən zəruri tədbirlərin təşkili və bu prosesin təkmilləşdirilməsi yolları vurğulanıb, elmi-tədqiqat işlərinə cəlb olunan tələbələrə fakültə rəhbərliyi və kafedraların professor-müəllim heyətinin daim dəstək verəcəyi qeyd olunub. Bununla yanaşı, tədbirdə mühəndislik sahəsində elmi-tədqiqat işlərinin aparılmasının klassik metodologiyasının özəllikləri açıqlanıb, tələbələr geniş şəkildə elmi-tədqiqat işlərinə qoşulmağa, tədqiqatların nəticələrini elmi forumlarda məruzə etməyə, məqalələr şəklində dərc etdirməyə çağırılıblar.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti