Logo

BSU-da Tərcümə fakültəsinin birinci kurs tələbələri üçün “Nicat yolu” sənədli filminin nümayişi olub

17.10.2022 14:48 339 baxış
IMG

Oktyabrın 17-də Bakı Slavyan Universitetində (BSU)Tərcümə fakültəsinin birinci kurs tələbələri üçün bu ali təhsil müəssisəsinin şəhid məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Nicat Şükürlünün xatirəsinə həsr olunmuş  “Nicat yolu” sənədli filminin nümayişi olub.

Tehsil.biz xəbər verir ki, Nicat Şükürlü BSU-nun Humanitar və sosial elmlər fakültəsinin məzunu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər lenti