Logo

BDU-nun Filologiya fakültəsinin tələbələri Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər

17.10.2022 11:59 321 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Filologiya fakültəsinin tələbələrinin görkəmli şair və dramaturq Hüseyn Cavidin Ev Muzeyinə ekskursiyası təşkil olunub.

Tehsil.biz xəbər verir ki, ziyarətdə Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin yerləşdiyi binanın tarixi əhəmiyyəti və eksponatları barədə tələbələrə geniş məlumat verilib. Tələbələr muzeyin fəaliyyət göstərdiyi illər ərzində Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə də məlumatlandırılıblar.

Sonda isə tələbələr Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun sərgi zalı ilə tanış olublar.

Xəbər lenti