Logo

2022: inqilabi kəşflər - FOTO

15.10.2022 22:49 378 baxış
IMG

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlandı

Oktyabrın 10-da İsveç Kral Elmlər Akademiyası Alfred Nobelin xatirəsinə iqtisadi elmlər sahəsində  “Sveriges Riksbank”  adına mükafatın verilməsi haqqında qərar qəbul edib. Beləliklə,  2022-ci il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatına “bankların tədqiqatları və maliyyə böhranları üçün”  amerikalı alimlər,  Ben Bernanke (Bruklinq İnstitutu),  Douqlas Diamond  (Çikaqo Universiteti) və Filif Dybviq (Vaşinqton Universiteti) layiq görülüblər.  Nobel Komitəsi bildirib ki, onların kəşfləri cəmiyyətin maliyyə böhranlarının öhdəsindən necə gəldiyini açıq nümayiş etdirib. Bu ilin iqtisad elmləri laureatları Ben Bernanke, Duqlas Daymond və Filip Dybvig bankların iqtisadiyyatdakı rolunu, xüsusilə maliyyə böhranları zamanı anlayışımızı xeyli yaxşılaşdırıblar. Onların araşdırmalarında vacib nəticə bankın çökməsinin qarşısını almağın niyə həyati əhəmiyyətli olması ilə bağlıdır.  Müasir bank tədqiqatları bankların çöküşünün maliyyə böhranlarını daha da ağırlaşdırdığını izah edir. Bu tədqiqatın əsasını 1980-ci illərin əvvəllərində Ben Bernanke, Duqlas Daymond və Filip Dybviq qoymuşlar. Onların təhlili maliyyə bazarlarının tənzimlənməsi və maliyyə böhranlarının aradan qaldırılması üçün böyük praktiki əhəmiyyətə malikdir.

İqtisadiyyat sahəsi üzrə

Ben S.Bernanke 13 dekabr 1953-cü ildə ABŞ-ın Corciya ştatının Oqast şəhərində anadan olub. 1975-ci ildə Garvard Universitetinin iqtisadiyyat  fakültəsini bakalavr səviyyəsi  üzrə  bitirib.  1979-cu ildə Massaçusets Texnologiya İnstitutundan fəlsəfə doktoru  elmi dərəcəsi alıb. Kolumbiya dairəsində yerləşən Brukinq İnstitutunun iqtisadi tədqiqatlar üzrə fəxri baş elmi işçisidir.  Prinston, Nyu-York və  Stanford universitetlərində dərs deyir.

Duqlas U.Daymond 1953-cü ildə anadan olub. 1975-ci ildə Braun Universitetini bitirib və  iqtisadiyyat üzrə bakalavr,  1976-cı ildə isə Yel  Universitetində iqtisadiyyat üzrə incəsənət magistri dərəcələrini alıb.  1980-ci ildə Yel Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə layiq görülüb. Hazırda Çikaqo Universitetində çalışır, ali məktəbin  fəxri maliyyə professorudur.

Filip H.Dıbviq 22 may  1955-ci ildə anadan olub. 1979-cu ildə Yel Universitetindən fəlsəfə doktoru olmuşdur. Sent-Luisdəki Vaşinqton Universitetinin bank işi və maliyyə professorudur. Əvvəllər Yel Universitetinin professoru və Prinston Universitetinin dosenti olub. Dybvig 2002-ci ildən 2003-cü ilə qədər Qərb Maliyyə Assosiasiyasının prezidenti vəzifəsində çalışıb.

Oruc MUSTAFAYEV

Xəbər lenti