Logo

Məktəb əşyalarını özü ilə apardığı deyilən direktor DANIŞDI

15.10.2022 15:58 2505 baxış
IMG

Bakıda yerləşən 272 nömrəli tam orta məktəbin direktoru Səfurə Rəhimova bu məktəbə təyinat alandan sonra əvvəlki, yəni 285 nömrəli məktəbin bir çox avadanlığını da özü ilə aparması iddialarına münasibət bildirib.

"Tehsil.biz"in xəbərinə görə, məlumatları təkzib edən S.Rəhimova bildirib ki, 285 nömrəli tam orta məktəbdə 5 il müddətində çalışıb.

"İş yerimi dəyişən zaman təhvil-təslim aktı imzalanıb. Məktəbdə istilik sisteminə aid avadanlıqlardakı çatışmazlıq barədə hüquq-mühafizə orqanlarına müvafiq məlumat verilib", - deyə məktəb direktoru bildirib.

Həmçinin oxuyun: Bakıda direktor məktəb avadanlıqlarını özü ilə aparıb? - İDDİA+AÇIQLAMA

Xəbər lenti