Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır

14.10.2022 11:55 290 baxış
IMG

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4233 nəfər müraciət edib. Bu gün saat 11:05-dək olan məlumata görə, 445 namizəd müsahibələrdə müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

Xəbər lenti