Logo

Koreyada “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarına start verilib

13.10.2022 17:28 310 baxış
IMG

Koreyanın Qoyanq şəhərində “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarına start verilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə verilən məlumata görə, 35 üzv ölkənin 133 iştirakçı ilə təmsil olunduğu yarışda kibertəhlükəsizlik istiqaməti üzrə Vüsalə Ələkbərova və Sənan Nəcəfov 8-ci nömrə altında, veb texnologiyalar üzrə isə Fəqan Rəsulov 6-cı nömrə altında yarışır.

Bununla yanaşı, 4 gün davam edən yarışda “WorldSkills Azerbaijan” komandasının ekspertləri Alıxəyyam Quluzadə və Vahid Qasımov beynəlxalq yarışın jüri üzvləri qismində fəaliyyət göstərirlər.

Qeyd edək ki, beynəlxalq yarışa “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən direktor müavini Ceyhun Kərəmov və “WorldSkills Azerbaijan” platformasının texniki nümayəndəsi Tamerlan Məmmədov da qatılıblar.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti