Logo

Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarına dair təlim təşkil edilib

13.10.2022 13:53 302 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib.

Tehsil.biz xəbər verir ki, təlimdə Qida Təhlükəsizliyi Agentliyinin 119 əməkdaşı iştirak edib.

Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, mübarizə metodları və vasitələri, bu sahədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə məlumat verilib.

Dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti