Logo

İNNAB Karyera Mərkəzinin mütəxəssisləri ADNSU tələbələrinə master-klas keçiblər

13.10.2022 12:52 446 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən master-klas keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU-nun Məzun-Karyera Mərkəzi tərəfindən təşkil olunan tədbirdə İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova müsahibə texnikaları və CV hazırlaması qaydaları, karyera planlaması haqqında geniş məlumat verib.

Sonra mərkəzin layihə rəhbəri Xəyal Səmədxan “İş dünyasında mütləq bilməli olduğumuz proqramlar” mövzusunda çıxış edib. O, müasir texnologiyalardan yüksək istifadəetmə bacarığının önəmindən danışıb.

Çıxış edən mütəxəssislər uğurlu karyera qazanmaq üçün elmi nailiyyətlərin, savadlı mütəxəssis kimi yetişməyin vacibliyini qeyd ediblər.

Sonra suallar cavablandırılıb.

Xəbər lenti