Logo

“Cadenza” orkestri ADNSU-da konsert proqramı ilə çıxış edib

13.10.2022 11:38 407 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Cadenza” orkestrinin tələbələrlə interaktiv konsert-görüşü keçirilib.

Bu barədə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, konsert proqramında iştirakçılara Qara Qarayevin “Qızların rəqsi”, Alfred Şnitkenin “Tanqo”, Ərtoğrol Cavidin “Çal, oyna!”, “Zəngəzur dağlarında”, “Batabat yaylaqlarında”, Xəyyam Mirzəzadənin “Miniatürlər”, Dmitri Şostakoviçin “Vals-zarafat”, Üzeyir Hacıbəylinin “Cəngi” əsərləri ifa olunub.

ADNSU-nun rektoru professor Mustafa Babanlı konsert proqramına görə “Cadenza” orkestrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2021-ci ildən fəaliyyətə başlayan “Cadenza” orkestri bu günə qədər 11 konsert keçirib və bu konsertlərdə əksəriyyəti ilk ifa olmaqla 50-dən çox əsər səslənib.

Xəbər lenti