Logo

Son sutkada Azərbaycanda 92 nəfər koronavirusa yoluxub

11.10.2022 16:50 223 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 92 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, test nəticələri müsbət çıxmış 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 822 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 821 nəfər müalicə olunaraq sağalıb, hazırda 526 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 313, bu günə qədər isə ümumilikdə 7 277 812 test icra olunub.

Xəbər lenti