Logo

Azərbaycanda peşə təhsilinə maraq artır - VİDEO

10.10.2022 21:59 311 baxış
IMG

Peşə təhsili almaq istəyən gənclərin sayı günün-gündən artır.

Tehsil.biz Xəzər TV-yə istinadən xəbər verir ki, əgər əvvəllər sadəcə orta məktəbi bitirdikdən sonra peşə məktəblərinə gedənlər var idisə, indi hətta bəzi ali təhsilli gənclər də ikinci təhsil kimi peşə təhsili müəssisələrinə axın edirlər. Bəs görəsən buna səbəb nədir?

Universitet bitirib indi isə peşə təhsili alır.

Adətən, peşə təhsili alan tələbələr sonrada ikinci təhsil kimi universitetlərə yönəlirlər.Bu dəfə tərsinə oldu..

Nurlana Qurbanlı Texniki Universiteti bitirdikdən sonra Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzini seçib. Nurlana deyir ki, peşə təhsili almağa yönəlməsinə səbəb oxuduğu ixtisası üzrə iş tapa bilməməsi olub.

Müsahibimiz deyir ki, peşə məktəblərinin təhsilləri heç də ali məktəblərdən geri qalmır.

Nurlana Qurbanlı hazırda əməliyyatçı-mühasib ixtisası üzrə təhsil alır...Deyir ki, qısa müddət ərzində ixtisası ilə bağlı çox şey öyrənib.

Peşə Təhsili Mərkəzinin müəllimi Röya Seyfəliyevanın sözlərinə görə ikinci təhsilini peşə yönümlü seçən ali təhsilli tələbələrin sayı günü-gündən artır.

Peşə təhsili mərkəzlərinin uğurlu məzunları əmək bazarında özlərinə rahatlıqla iş tapa bilirlər.

Xəbər lenti