Logo

Qəbələdə baytar texniki ixtisası üzrə ərizəçilərin bacarıqları qiymətləndirilib

10.10.2022 19:28 315 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri baytar texniki peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi məqsədilə Qəbələ şəhərinə ezam olunublar.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, qiymətləndirmə komissiyasına işəgötürən nümayəndəsi olaraq “Qəbələ Aqropark” MMC-nin direktor müavini Vüsal Abbasov, müstəqil ekspert qismində isə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Şahsun Abbasbəyli və “Qəbələ Aqropark” MMC-nin süni mayalandırma üzrə mütəxəssisi Xəyyam İbrahimov cəlb ediliblər.

“Qəbələ Aqropark” MMC-nin istehsalat bazasında keçirilən imtahanda ərizəçilər sözügedən peşə ixtisasının “Xəstəliklərlə mübarizə”, “Süni mayalandırma və doğum” və “Heyvanların inyeksiyası və kliniki xidmətlər” ixtisas modulları üzrə qiymətləndirilib.

Yekunda Agentliyin nümayəndəsinin sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra uğurlu nəticə əldə edən ərizəçilərin təhsil sənədi ilə təltif olunması nəzərdə tutulur.

Xəbər lenti