Logo

Son sutkada Azərbaycanda 15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

10.10.2022 17:31 271 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 822 186 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 727 nəfər müalicə olunaraq sağalıb, hazırda 531 aktiv xəstə var. Bu günə qədər 9 928 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 408, bu günə qədər isə ümumilikdə 7 274 499 test icra olunub.

Xəbər lenti