Logo

“Gənc istedadlar” liseyində "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib - FOTO

10.10.2022 16:57 446 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Könüllüləri və BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə liseyin 5-ci sinif şagirdləri arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş yarış hər birində 15 sual olmaqla 2 turda təşkil olunub.

Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, Vətən müharibəsi haqqında biliklərinin artırılması, müharibə qəhrəmanlarının daha yaxından tanıdılmasıdır.

Yarışda 6 komanda iştirak edib. Yarışın  qalibi “Qarabağ" komandası olub. Qalib komanda üzvləri sertifikatlarla təltif olunublar.

Xəbər lenti