Logo

ADPU VIII Bakı Beynəlxalq Kitab Sərgisində uğurla təmsil olunub

09.10.2022 22:32 623 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 5-9oktyabr 2022 il tarixlərində Bakı Ekspro Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub.

Tehsil.biz xəbər verir ki, Pedaqoji Universitetin stendində universitetin 100 illik yubileyi ilə bağlı nəşr olunmuş silsilə kitablarla yanaşı  professor-müəllim heyətinin müəllifləri olduqları monoqrafiya, dərslik, dərs vəsaitləri  və tədqiqat əsərləri, həmçinin universitetin dövri-elmi nəşrləri də nümayiş olunub  nümayiş etdirilib. 

Sərgidə ADPU-nun stendinə maraq olduqca çox olub. Respublikanın tanınmış ziyalıları, xaricı ölkə nümayəndələri, kitabsevərlər stendlə yaxından tanış olub, onlara universitetin keçdiyi tarixi yol haqqında geniş məlumat verilib, ziyarətçilərə universitet haqqında məlumat nəşrləri hədiyyə olunub. 

Qeyd edək ki, universitetin stendini ziyarət edən dünyaca məhşur türk tarixçisi İlbər Ortaylı ADPU-nun tarixi iıə bağlı nəşrləri yüksək qiymətləndirib. 

Sərginin son günündə ADPU beynəlxalq kitab sərgisində uğurlu iştirakına görə sertifikatla təltif edilib.

Xəbər lenti