Logo

Peyvənd olunanların sayı açıqlanıb

09.10.2022 17:43 306 baxış
IMG

Azərbaycanda son gündə koronavirus əleyhinə 723 vaksin vurulub.

Bu barədə "Tehsil.biz"ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 237, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 234, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 48 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 898 187 təşkil edir.

Xəbər lenti