Logo

Peyvənd olunanların sayı açıqlanıb

08.10.2022 17:48 276 baxış
IMG

Azərbaycanda son sutkada 837 nəfər vaksinasiya olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 254, ikinci doza vaksinlərin sayı 210 təşkil edib.

Son sutkada üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 316-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 57 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 897 464 olub.

Xəbər lenti