Logo

AzMİU-da şəhid Elsevər Əhədzadənin xatirəsinə həsr olunan şahmat turnirinə start verilib

08.10.2022 10:15 438 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələr arasında şahmat turniri keçirilib. Turnir AzMİU-nun II Qarabağ müharibəsində şəhid olan məzunu Elsevər Əhədzadənin xatirəsinə həsr olunub.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Əvvəlcə AzMİU rəhbərliyi və şəhidin anası Dilbər Əhədzadə universitetdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan kompleksi ziyarət ediblər və önünə gül dəstələri qoyublar.

Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhid Elsevər Əhədzadənin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şəhidimizin anası Dilbər Əhədzadə, prorektor Orxan Naqdiyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış edərək Elsevərlə bağlı xatirələrini bölüşüblər.

Sonra turnirə start verilib. İlk oyun AzMİU-nun İnşaat fakültəsinin və İnşaat Kollecinin tələbələri arasında keçirilib. Simvolik olaraq oyunda ilk gedişi Dilbər Əhədzadə edib.

Xəbər lenti