Logo

ADU-nun əməkdaşı UNESCO-da məruzə ilə çıxış edib

07.10.2022 13:51 465 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyə Araşdırmalar Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov UNESCO-nun Baş Qərargahında keçirilən tədbirdə iştirak edib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, görkəmli qazax mütəfəkkiri Əhməd Baytursunlunun 150 illiyi ilə bağlı keçirilən tədbir Fransanın paytaxtı Parisdə Qazaxıstanın Elm və Təhsil Nazirliyinin və Qazaxıstanın UNESCO-dakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.

E.İbrahimov Ə.Baytursunlunun 1926-cı ildə Bakıda keçirilən Birinci Bakı Türkoloji Qurultayındakı “Orfoqrafiyanın əsas prinsipləri və sosioloji əhəmiyyəti” və “Qazax terminologiyasının prinsiplərinə dair” mövzularında məruzəsi ilə bağlı çıxış edib.

Xəbər lenti