Logo

Şagirdin döyüldüyü məktəbə yeni direktor əvəzi TƏYİN OLUNDU

07.10.2022 13:04 1303 baxış
IMG

Bakıda şagirdin döyüldüyü 112 nömrəli məktəbin direktoru vəzifəsinin icrası başqa şəxsə tapşırılıb.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edirdi:

"Məktəbin şagirdləri arasında baş vermiş insident ilə bağlı aparılan araşdırma çərçivəsində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası digər şəxsə həvalə edilib. Lətifə Mustafayeva həmin məktəbdə direktor müavini vəzifəsini yerinə yetirir".

Xəbər lenti