Logo

Dövlət qulluğu vəzifələri üzrə test imtahanına qeydiyyat başa çatıb

06.10.2022 22:20 304 baxış
IMG

Dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan oktyabrın 16-da Bakı şəhərində keçiriləcək. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.

İmtahanda iştirak etmək üçün 1982 (BA - 522, BB - 1455) nəfər qeydiyyatdan keçib.

Xəbər lenti