Logo

ASAPES tələbələri Beynəlxalq Kitab Sərgisində - FOTOLAR

06.10.2022 18:46 478 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) SABAH qruplarının tələbələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 6-da Bakı Ekspo Mərkəzində başlayan 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, tələbələr sərginin B074 nömrəli stendində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəşrləri ilə, həmçinin digər yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evləri ilə tanış olublar.

Sərgi-yarmarkada çap məhsulları ilə tanışlıq zamanı tələbələr müxtəlif müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələrinin nümayəndələri ilə müzakirələr aparıblar.

Xəbər lenti