Logo

AzTU SABAH komandası Azərbaycan Robot Olimpiadasının qalibi olub - FOTO

06.10.2022 17:30 493 baxış
IMG

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, Bakı və regionlardan orta və ali təhsil müəssisələrinin iki istiqamət və 5 kateqoriya üzrə 121 komandasının mübarizəyə qoşulduğu yarış 2 gün davam edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının “Platon Tech” komandası “Future İnnovators” (Gələcəyin innovatorları) Senior kateqoriyasında I yerə layiq görülüb.

Qeyd edək ki, yarışa ALS- Amyotrophic Lateral Sclerosis (Yan Amiotrofik Skleroz) layihəsi ilə qatılan “Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şixiyevdir. Onlar 17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçiriləcək Dünya Robot Olimpiyadasında ölkəmizi təmsil edəcəklər.  

Xəbər lenti