Oktyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Politoloqlar Klubunun təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Tarixi qələbənin siyasi-ideoloji əsasları: yeni reallıqlar və çağırışlar” layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici dəyirmi masa keçirilib.
Tehsil.biz xəbər verir ki, dəyirmi masada millət vəkili Sevil Mikayılova, Bakı Politoloqlar Klubunun sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov və Prioritet Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Zaur İbrahimli mövzu ətrafında çıxışlar ediblər, Azərbaycanın qələbəsinin regionda yeni reallıqlar yaratdığını diqqətə çatdırıblar.
Dəyirmi masda ələbələrin sualları əsasında diskussiya şəklində davam edib.