Logo

BSU-da Vilayət Hacıyevlə görüş keçirilib - FOTOLAR

06.10.2022 14:55 463 baxış
IMG

Oktyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycanda alman dili üzrə peşəkar kadrların hazırlanmasında xüsusi xidmətləri olan tərcüməçi-alim, dosent Vilayət Hacıyevlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə BSU-nun rektoru Anar Nağıyev 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə BSU-da çalışan professor-müəllim heyətinin timsalında bütün müəllimləri təbrik edib, onlara daşıdıqları şərəfli  adı  bundan sonra  da zirvələrə qaldırmalarını arzulayıb. Anar Nağıyev sentyabrın 30-da Beynəlxalq Tərcüməçilər Günü münasibətilə universitetdə keçirilən tədbiri xatırladaraq, Vilayət Hacıyevin Azərbaycanda tərcümə sahəsində peşəkar kadrların hazırlanmasında əvəzsiz rolundan söz açıb. Vilayət Hacıyevin uzun illər tərcüməçiliköz böyük töhfələrini verdiyini deyən rektor onun çoxsaylı tələbələrinin peşəkar tərcümə karyerasına yiyələndiklərini vurğulayıb.  Bununla yanaşı, Vilayət Hacıyevin həm də əsl vətəndaş, əsl müəllim olduğunu qeyd edib.

BSU-nun Psixologiya və pedaqogika kafedrasının dosenti Əzim Əliyev Vilayət Hacıyevin həyat və yaradıcılığından söz açıb, onun pedaqoq və müəllim kimi tələbələrin hər zaman sevimlisi olduğunu qeyd edib.

Tərcümə nəzəriyyəsi  və praktikası  kafedrasının professoru Rafiq Novruzov  Vilayət Hacıyevin gənclik illərindən tərcümə sahəsində çox böyük işlərə imza atdığını, alman ədəbiyyatının, alman fəlsəfi fikrinin görkəmli nümayəndələrinin Azərbaycan oxucusuna yüksək səviyyədə təqdim olunmasında məhz Vilayət Hacıyevin rolu olduğunu deyib.

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova çıxış edərək, uzun illər Vilayət Hacıyevin rəhbərlik etdiyi fakültəni təmsil etməkdən qürur duyduğunu bildirib, xoş arzularını ifadə edib.

Vilayət Hacıyevin tələbəsi olmuş, BSU-nun  Germanistika İnstitutunun müdiri Sevinc Rzayeva öz müəllimi haqqında xoş təəssüratlarını dilə gətirib. O, Vilayət Hacıyevin hər zaman tələbələrin dərin hörmətini qazandığını deyərək, həm də tələbkar müəllim olduğunu qeyd edib.

Sonda çıxış edən Vilayət Hacıyev tədbirin təşkilinə görə BSU rektoru Anar Nağıyevə təşəkkür edib. O, bu təhsil ocağını həmişə özünə doğma hesab etdiyini deyib. Vilayət Hacıyev hər bir müəllim üçün yetişdirdiyi gənc nəslin nailiyyətlərinin əsas göstərici olduğunu qeyd edib. Bu baxımdan, o, bir müəllim və tərcüməçi kimi öz tələbələri ilə, onların uğurları ilə qürurlandığını diqqətə çatdırıb.

Tədbirin sonunda Anar Nağıyev “Peşəkar tərcüməçilərin hazırlanması işində müstəsna rolu olan, leksikoqrafiya sahəsində yüksək nailiyyətlər əldə etmiş, mütərcim kimi bədii tərcümələri ilə yüksək peşəkarlıq nümunəsi yaratmış Vilayət Hacıyevi "30 sentyabr Beynəlxalq Tərcüməçilər Günü" münasibətilə” Fəxri diplomla təltif edib.

Bir 13 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 1 nəfər və oturmalı şəkili ola bilər

 

Bir 1 nəfər şəkili ola bilər

Bir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 19 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Xəbər lenti