Logo

Koreyada təqaüd proqramına qeydiyyat başlanıb

06.10.2022 11:44 317 baxış
IMG

Koreya Respublikası 2023-2024-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Proqramda iştirak etmək istəyənlər oktyabrın 13-dək sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti