Logo

"Həm valideynlər, həm məktəblər ciddi məsuliyyət daşıyırlar" - Deputat

04.10.2022 11:43 529 baxış
IMG

"112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır. Bu kimi hadisələr ciddi araşdırılmalı, cəza tədbirləri görülməlidir".

Bunu "Tehsil.biz"ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, həm də şagirdlər arasında aqressiyanın artdığını göstərir:

"Bu məsələdə həm valideynlər, həm də məktəblər ciddi məsuliyyət daşıyırlar. Bu suallara cavab axtarılmalı, aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Nə üçün uşaqlar bu qədər aqressivdirlər? Nə üçün ətrafda olan o qədər şagird həmin xoşagəlməz vəziyyətə heç bir reaksiya vermədilər? Bu biganəliyin səbəbi nədir? Sinif rəhbərləri və məktəb direktorları siniflərdə gedən proses və xoşagəlməz hadisələrdən nə qədər məlumatlıdırlar? Əgər indi bu suallara cavab axtarmasaq, gələcəkdə bu kimi hallar daha da artacaq. Övladlarımıza nəzarət edək, onlara vaxt ayıraq, düzgün tərbiyə verək".

Qeyd edək ki, Bakının 112 nömrəli tam orta məktəbinin şagirdi digər şagird tərəfindən döyülüb, görüntülər sosial şəbəkədə yayılıb.

Xəbər lenti